Hüseynbala Mirələmov: "Dövlət teatrları ƏDV-dən azad olunsun" təklif

Hüseynbala Mirələmov: "Dövlət teatrları ƏDV-dən azad olunsun" təklif

Azərbaycanda fəaliyyət göstərən dövlət teatrlarının sayı bir o qədər də çox deyil. Buna baxmayaraq onların maliyyə vəsaiti kifayət qədər deyil". SİA-nın xəbərinə görə, bunu millət vəkili Hüseynbala Mirələmov Milli Məclisin (MM) qtisadi siyasət, Sosial siyasət, Aqrar siyasət, Təhlükəsizlik və müdafiə, həmçinin Energetika, ekologiya və təbii ehtiyatlar komitələrinin birgə iclasında 2015-ci ilin Dövlət büdcəsi və büdcə zərfinə daxil olan qanun layihələrinin müzakirəsi zamanı deyib.

"Ancaq onların maliyyə vəsaiti azdır. Ona görə hesab edirəm ki, həmin dövlət teatrları Əlavə Dəyər Vergisindən (ƏDV) və mənzil-kommunal xərclərindən azad olunmalıdır. Bu məsələnin növbəti ilin dövlət büdcəsində nəzərə alınması bu yöndə çox müsbət addım olardı" -deyə, millət vəkili sözlərinə əlavə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə