Maliyyə naziri: "Müxalifət mətbuatında qeyri-sağlam yanaşma var"

Maliyyə naziri: "Müxalifət mətbuatında qeyri-sağlam yanaşma var"

2015-ci ildə Azərbaycanın xaricdə fəaliyyət göstərən səfirliklər və konsulluqlarına 58 milyon manat ayırılması nəzərdə tutulur. SİA-nın xəbərinə görə, bunu maliyyə naziri Samir Şərifov İqtisadi siyasət, Sosial siyasət, Aqrar siyasət, Təhlükəsizlik və müdafiə, həmçinin Energetika, ekologiya və təbii ehtiyatlar komitələrinin birgə iclasında 2015-ci ilin Dövlət büdcəsi və büdcə zərfinə daxil olan qanun layihələrinin müzakirəsi zamanı deyib.

Nazir qeyd edib ki, eyni zamanda Azərbaycanın üzv olduğu beynəlxalq maliyyə təşkilatlarına, eləcə də digər beynəlxalq qurumlara üzvlük haqqı üçün büdcədən 20 milyon manat vəsaitin ayrılması gözlənilir: "Təəssüf edirəm ki, müxalifət mətbuatında bu məsələ ilə bağlı qeyri-sağlam yanaşma var. Onlar bu məsələni təhrif olunmuş formada çatdırırlar".

Bütün xəbərlər Facebook səhifəmizdə