"Azərbaycanda həyata keçirilən tenderlər çox acınacaqlı haldadır. Çünki bu tenderlərin nəticəsində bəzən ciddi problemlər yaranır". SİA-nın xəbərinə görə, bunu millət vəkili Zahid Oruc parlamentdə komitələrin birgə iclasında 2015-ci ilin Dövlət büdcəsi və büdcə zərfinə daxil olan qanun layihələrinin müzakirəsi zamanı deyib.
Onun sözlərinə görə, bu tenderlərin nəticəsini bilmək üçün Allahın göndərdiyi yağış ən böyük testdir: "Elə dünən Azərbaycana, o cümlədən paytaxta yağış yağması nəticəsində bir sıra məktəblərdə, səhiyyə ocaqlarında yaranan problemlər özünü qabarıq şəkildə göstərdi. Təəssüf ki, bu gün bütün Nazirliklər az qala tenderə cəlb olunublar və hər Nazirlik də az qala öz tikinti şirkətini yaradaraq özlərinə lazım olan obyektlərin tikintisi ilə məşğul olur. Axı Səhiyyə, Təhsil Nazirliklərinin tikinti şirkətlərinə nə aidiyyəti var? Onlar nəyə görə tikinti şirkətləri yaratmalıdırlar? Hesab edirəm ki, həmin Nazirliklər tender prosesindən uzaqlaşdırılmalı və tikinti məsələləri, o cümlədən məktəblərin, xəstəxanaların tikintisi ilə aidiyyətli qurumlar daha ciddi məşğul olmalıdırlar".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB