Sabirabadın Minbaşı kənd məscidində təxribat baş verməsi ağ yalandır TƏKZİB
"Musavat.com"a istinadən bir sıra kütləvi informasiya vasitələrində bu gün səhər saatlarında Sabirabad rayonunun Minbaşı kəndində dini zəmində təxribat hadisəsinin törədildiyi, bir dəstə vəhhabi təqiqətindən olan şəxsin kənddəki məscidə hücum edərək Aşura mərasimini pozduqları barədə məlumat yayılıb. SİA-nın Sabirabad rayon İcra Hakimiyyətinin mətbuat xidmətindən əldə etdiyi məlumata görə, KİV-də yer alan bu məlumat tamamilə əsassız, yalan və uydurmadır. Minbaşı məscidində Aşura mərasimi normal şəraitdə keçirilib, heç bir xoşagəlməz hal qeydə alınmayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB