Silahlı Qüvvələrə Yardım Fonduna yığılan vəsaitin həcmi açıqlanıb

Silahlı Qüvvələrə Yardım Fonduna yığılan vəsaitin həcmi açıqlanıb

Azərbaycan Silahlı Qüvvələrə Yardım Fonduna (SQYF) yığılan vəsaitin həcmi son on ay ərzində 7 674 742 manat (9 739 073 ABŞ dolları) artıb. SİA-nın Müdafiə Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, noyabrın 1-i tarixinə Fondun Azərbaycan milli valyutası ilə hesabındakı vəsait 58 429 256 manat, ABŞ dolları hesabındakı vəsait 211 791 dollar, Avro hesabındakı vəsait isə 593 avro təşkil edib.

Artım Azərbaycan manatı hesabında olub. ABŞ dolları və Avro hesabında artım, Rusiya rublı ilə isə hesaba vəsait daxil olmayıb. Ümumilikdə Silahlı Qüvvələrinə Yardım Fondunun toplam vəsaiti 74 milyon 357 min 926 ABŞ dollarına çatıb.

Bütün xəbərlər Facebook səhifəmizdə