Azərbaycanda müşahidə olunan qeyri-sabit və yağıntılı hava şəraiti sabahdan etibarən mülayimləşəcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan SİA-ya verilən xəbərə görə, oktyabrın 5-i gündüzdən etibarən qərb rayonlarından başlayaraq yağıntıların tədricən kəsiləcəyi gözlənilir. Yaxın 2 gün ərzində temperatur rejimində ciddi fərq gözlənilmir. Oktyabrın 6-7-dən sonra isə ölkə ərazisində havanın temperaturu bu tədricən 1-2 dərəcə yüksələcək.
Noyabrın 5-də Bakıda və Abşeron yarımadasında yağıntının tədricən kəsiləcəyi, hava şəraitinin gündüz dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 3-5, gündüz 8-13 dərəcə isti olacaq.
Azərbaycanın rayonlarında hava şəraitinin gündüz əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman, çiskin olacağı, Lənkəran-Astara zonasında isə havanın yağıntılı keçəcəyi ehtimal olunur. Qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 1-6, gündüz 10-15 dərəcə isti, dağlarda gecə 2-7 dərəcə şaxta, gündüz 3-8 dərəcə isti, yüksək dağlıq ərazilərdə gecə 10-15, gündüz 0-5 dərəcə şaxta təşkil edəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB