Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi həyata keçirilən "Gənc Biznesmen" layihəsi çərçivəsində YAP Gənclər Birliyinin ofisində komandalararası "Biznes qurmaq" sahəsi üzrə yarış təşkil olunub.
SİA-nın xəbərinə görə, yarışmada ekspert qismində layihə rəhbəri Orxan Fəxrəddinov, Faiq Bağırov və "Successful Strategies" şirkətinin rəhbəri Rəvan Eyyubov iştirak edib.
İştirakçılar öz biznes layihələri, planları, məhsulun maya dəyəri, qurulacaq biznesin marketinq araşdırması, biznesin riskləri və digər sahələr üzrə öncədən araşdırmalar aparıblar.
Yarışma zamanı komandalar maraqlı təqdimatlar ediblər. "Kaizen" komandası yarışmanın ən yaxşısı seçilib. Maraqlı və yaradıcı araşdırmalarla digər komandalar da fərqləniblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB