Dövlət Sərhəd Xidmətinin (DSX) Göytəpə sərhəd dəstəsinin qarnizonunda gənc əsgərlərin hərbi andı qəbul etmələri münasibətilə təntənəli mərasim keçirilib. Bu barədə məlumatı SİA-ya DSX-nin mətbuat mərkəzindən bildiriblər.
Məlumatda qeyd olunub ki, mərasimdə DSX rəisi – Sərhəd Qoşunlarının komandanı, general-polkovnik Elçin Quliyevin şəxsi heyətə təbriki çatdırılıb.
Azərbaycan sərhədçilərinin ulu öndər Heydər Əliyevin dövlətçilik ideyalarına sadiq olduqlarını vurğulayan Xidmət rəisinin şəxsi heyət üzrə müavini Azad Ələkbərov Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Silahlı Qüvvələrimizin sürətlə inkişaf etdiyini bildirib.
Valideynlər çıxışlarında hərbi andı qəbul etmələri münasibətilə gənc əsgərlərə təbriklərini çatdırıb, Silahlı Qüvvələrimizin inkişafına göstərilən diqqət və qayğıdan danışıblar.
Tədbir gənc əsgərlərin sıra meydanında hərbi andı-Vətənə sədaqət andını qəbul etmələri və şəxsi heyətin tribuna önündən təntənəli keçidi ilə başa çatıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB