Azərbaycan yəhudiləri Prezident İlham Əliyev ilə həmrəydirlər

Azərbaycan yəhudiləri Prezident İlham Əliyev ilə həmrəydirlər

Yəhudi Xəbərlər Agentliyi (YXA) "Azərbaycan Prezidentinin aydın mövqeyi" sərlövhəli məqalə dərc edib. Azərbaycan Prezidenti İlham Əliyevin Gənclər Siyasət üzrə I Qlobal Forumun iştirakçıları qarşısında çıxışına həsr olunan məqalədə deyilir: "Prezident İlham Əliyev özünün konseptual çıxışında aydın şəkildə bildirib ki, Azərbaycan öz prioritetlərini və məqsədlərini, o cümlədən millətlərarası və dinlərarası münasibətlərə dair prioritet və məqsədlərini aydın şəkildə müəyyən etmiş gənc, müstəqil, dinamik və müasir ölkədir".

Azərbaycan Prezidenti çıxışında vurğulayıb: "Azərbaycanın ən böyük nailiyyətlərindən biri ondan ibarətdir ki, burada mədəni müxtəliflik, etnik və dini tolerantlıq mühiti hökm sürür. Azərbaycan çoxmillətli, çoxdinli ölkədir. Bütün vətəndaşlarımız sülh və əmin-amanlıq şəraitində yaşayırlar".

Respublika yəhudiləri "Azərbaycan sanki sabitlik, inkişaf adasıdır və proqnozlaşdırılan ölkədir" deyən möhtərəm Prezidentimiz İlham Əliyevin sözləri ilə tam həmrəydirlər. Məqalədə qeyd edilir ki, proqnozlaşdırılan - hər bir etnosun, hər bir konfessiyanın nümayəndəsinin öz gələcəyinə əmin olduğu bir ölkədə yaşamaq çox vacibdir.

Məqalənin tam mətni ilə http://www.aen.ru/?page=brief&article_id=72005 linkində tanış ola bilərsiniz.azərtac

Bütün xəbərlər Facebook səhifəmizdə