Ombudsmanın İşgəncələrin qarşısının alınması üzrə Milli Preventiv Qrupunun (MPQ) üzvləri bu günlərdə Daxili İşlər Nazirliyinin İnzibati Həbs Olunanların Saxlanılma Məntəqəsinə (İHOSM) qısamüddətli başçəkmə həyata keçirib, MPQ-nin həkim üzvü də iştirak edib.
Başçəkmənin məqsədi saxlanılma şəraiti, rəftar və əvvəlki başçəkmələr zamanı verilmiş tövsiyələrin icra vəziyyətinin araşdırılması olub.
İHOSM-də saxlanılan 39 şəxslə, o cümlədən Xalid Qarayevlə görüş keçirilib, onların saxlanılma şəraiti və qida ilə təmin olunması, göstərilən rəftar araşdırılıb, hüquqları və Ombudsmanın səlahiyyətləri izah edilib. Həmin şəxslər müəssisədəki saxlanılma şəraiti, rəftar və yeməklərin keyfiyyəti ilə bağlı şikayət etməyib, vəkilləri və ailə üzvləri ilə əlaqə saxladıqlarını bildiriblər.
MPQ-nin üzvləri tərəfindən əvvəlki başçəkmələr zamanı verilmiş tövsiyələrin icra olunduğu müəyyən edilib.
Belə ki, müəssisənin əsaslı təmir olunaraq müasir standartlara uyğunlaşdırıldığı, kameraların, sanitar-gigiyenik və duş otaqlarının sayının artırıldığı, bütün kameralarda televizorların quraşdırıldığı, kameraların havalandırma sisteminin tamamilə dəyişdirildiyi, saxlanılan şəxslərin yaxınları ilə görüşməsi üçün görüş yerlərinin istifadəyə verilməsi müsbət dəyərləndirilib.
MPQ üzvləri tərəfindən saxlanma şəraitinin daha da təkmilləşdirilməsi ilə bağlı müəssisə rəhbərliyinə müvafiq tövsiyələr verilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB