Azərbaycanda havanın kəskin dəyişməsi ilə əlaqədar ən çox qar Qubanın Xınalıq kəndi ərazisinə düşüb. Bu barədə SİA-ya Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan məlumat verilib. Məlumata görə, Lənkəran-Astara bölgəsində düşən yağıntının miqdarı 32 mm-dək olub ki, bu da aylıq normanın 78 faizini təşkil edib. Mərkəzi Aran rayonlarında aylıq normanın 125 faizi qədər - 36 mm-dək, Böyük Qafqazda aylıq normanın 43 faizi qədər - 25 mm-dək, Gəncə-Qazax aylıq normanın 87 faizi qədər - 13 mm, Naxçıvan Muxtar Respublikasında aylıq normanın 82 faizi qədər - 13 mm, Bakıda və Abşeron yarımadasında aylıq normanın 99 faizi qədər - 27 mm yağıntı düşüb.
Qar örtüyünün hündürlüyü Xınalıqda 40, Altıağacda 25, Göygöldə 23, Daşkəsəndə 18. Gədəbəydə 7 sm olub.
Ötən gün Abşeron yarımadasında və bir sıra rayonlarda güclü külək əsib. Noyabrın 2-də Bakıda və Abşeron yarımadasında minimal temperatur 4-8, Aran rayonlarında 1-7, dağlıq rayonlarda 2 dərəcəyədək şaxta, Naxçıvan Muxtar Respublikasında 4 dərəcəyədək isti olub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB