Azad Rəhimov Lənkəranda qəbul keçirəcək

Azad Rəhimov Lənkəranda qəbul keçirəcək

Gənclər və idman naziri Azad Rəhimov noyabrın 7-də Lənkəran şəhərində vətəndaşları qəbul edəcək. Nazirliyin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, qəbulda Lənkəran şəhər, Astara, Cəlilabad, Lerik, Masallı və Yardımlı rayon sakinləri iştirak edəcəklər.

Qəbul saat 11:00-da Heydər Əliyev Mərkəzində (Lənkəran şəh, Şirəli Axundov küçəsi, İcra Hakimiyyətinin yanı) başlayacaq. Qəbul üçün vətəndaşların qeydiyyatı noyabrın 6-dək saat 09:00-dan 18:00-dək aparılacaq.

Xatırladaq ki, qəbula gəlmək istəyən vətəndaşlar aşağıdakı rayonların gənclər və idman idarələri ilə əlaqə saxlamalıdırlar.

Lənkəran - 051-505-30-30

Astara - 055-789-03-34

Cəlilabad - 050(055)-315-25-25

Lerik - 050-349-57-79

Masallı - 050-637-44-88;

055-237-44-88

Yardımlı - 050-682-71-23

Bütün xəbərlər Facebook səhifəmizdə