Məlum olduğu kimi, "IDEA" İctimai Birliyi tərəfindən həyata keçirilən I "Ümumrespublika Yaşıllaşdırma" marafonu ölkəmizdə geniş vüsət alıb. SİA-nın Cənub bürosunun verdiyi məlumata görə, "Ümumrespublika Yaşıllaşdırma" marafonunda Astara rayon icra hakimiyyətinin təşkilatçılığı və yaxından köməkliyi ilə rayonun idarə, müəssisə və təşkilatlarının kollektivləri fəal iştirak edirlər. Son günlərdə Xəzər dənizi sahilində yeni salınan Park-bulvar ərazisində, Astara şəhəri Gənclər küçəsində, Astara-Qamışovka avtomobil yolunun ətrafında 2000-ə yaxın müxtəlif növlü ağac əkilib. Yaşıllaşdırma marafonunda rayonun təhsil, səhiyyə, mədəniyyət müəssisələrinin, Meşə mühafizəsi və bərpası müəssisəsi, Suvarma Sistemləri idarəsi, Baytarlıq idarəsi, 52 saylı Yol istismar şöbəsi, Torpaq və Xəritəçəkmə şöbəsi, Qaz İstismar sahəsi və digər idarələrin kollektivləri yaxından iştirak etməklə çinar, sərv, eldar şamı, akasiya, dəmirağac və palıd ağaclarının əkininə üstünlük veriblər.
Qeyd edək ki, rayonda "Ümumrespublika Yaşıllaşdırma" marafonu davam etdiriləcək, rayonun digər yaşayış məntəqələrində də daha 3000-ə yaxın ağac əkini aparılacaq.
Sərraf Mirsəfəroğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB