Sahibkarlar və sahibkarlıq fəaliyyətinə yeni başlayanlar üçün Qazaxda keçirilən treninq üzümçülüyün inkişaf perspektivlərinə, mövcud və yeni ixrac bazarlarına çıxış imkanlarına həsr olunub. Nazirliyin mətbuat xidmətindən mətbuata bildiriblər ki, treninqdə "2012-2020-ci illərdə Azərbaycan Respublikasında üzümçülüyün inkişafına dair Dövlət Proqramı", kənd təsərrüfatında ixtisaslaşmanın xüsusiyyətləri, ekoloji təmiz üzüm istehsalının təşkili prinsipləri, Avropa İttifaqına ixrac imkanları və bu sahədə mövcud qanunvericilik barədə məlumat iştirakçıların diqqətinə çatdırılıb.
Tədbirdə, həmçinin təqdimatlar keçirilib, İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən göstərilən elektron xidmətlər, www.icazeler.gov.az, www.b2b.az elektron portalları və onlardan istifadə qaydaları, portalların biznesin səmərəli təşkili və inkişafı üçün yaratdığı imkanlar, o cümlədən "İnvestisiya layihələrinin maliyyələşdirilməsi ilə əlaqədar elektron idarəetmə sistemi" haqqında məlumatlar verilib. İştirakçılara Bakı Biznes Tədris Mərkəzi tərəfindən hazırlanmış metodiki vəsaitlər paylanıb, onları maraqlandıran suallar cavablandırılıb.
Treninq Bakı Biznes Tədris Mərkəzi Qazax nümayəndəliyinin təşkilatçılığı ilə keçirilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB