"NATO-nun Xəzərdən Avropaya enerji daşıyıcıları nəql edən strukturları qoruması ilə bağlı məsələ gündəmdə yoxdur. Ümumiyyətlə, NATO-nun nə vaxtsa belə bir məsələ ilə məşğul olması haqqında məlumatım yoxdur, hətta öz üzv dövlətlərin də belə məlumatı yoxdur". SİA-nın anspress.com-a istinadən verdiyi məlumata görə, bunu Azərbaycanın NATO yanında daimi nümayəndəliyinin rəhbəri Xəzər İbrahim deyib.
O bildirib ki, enerji təhlükəsizliyi məsələsi NATO-nun gündəliyində on il əvvəl yox idi. Ümumiyyətlə, bu barədə müzakirələr belə getmirdi. Eləcə də kiber-təhlükəsizlik məsələsi. Ancaq indi nəinki onlar NATO-nun gündəliyindədir, hətta kiber-hücumlara qarşı fiziki hücum hallarındakı kimi 5-ci maddənin istifadəsi müzakirə olunur.
X.İbrahim "Dünya nizamında nəzərə çarpacaq dəyişikliklərin Azərbaycanın xarici siyasətinə necə təsir edəcək" sualına belə cavab verib: "Diplomatiyada planlaşdırma aparmaq vacibdir və biz bununla məşğuluq. Lakin digər tərəfdən, realist olmaq lazımdır və sırf fərziyyələrlə plan qurmaq diplomatiyada müsbət nəticələrə gətirmir. Ona görə də nə isə olsa təbii ki biz öz siyasətimizi buna uyğunlaşdıracağıq. Lakin hər hansı proqnoz vermək çətindir."
Onun sözlərinə görə, ölkəmiz regionda və ya qlobal miqyasda hər hansı dəyişikliyə hazır olmalıdır və olacaq. Əgər bu gün dünyada Ebola problemi varsa, Azərbaycan bu problemlə mübarizəyə hazır olmalıdır. Burada artıq Səhiyyə Nazirliyinin də rolu ola bilər. Yaxud əgər başqa bir problem yaranacaqsa, ona hazır olmaq lazımdır. Məsələn, kiber-təhlükəsizlik. Öncə də dediyim kimi, 10 il əvvəl Azərbaycanda kiber-təhlükəsizlik, kiber-hücumlardan mübarizə haqda heç kim geniş düşünmürdü. Bu gün isə bu məsələ ilə bağlı yeni strukturlar yaranır ki, Azərbaycan bu tip təhdidlərə cavab verə bilsin.
Digər tərəfdən, əgər əvvəllər terror təhlükəsi bizdə ancaq Ermənistanla bağlı idisə və biz yalnız erməni terroru ilə mübarizə aparmalı idiksə, bu gün bu məsələ daha qlobal hal alıb. Bu gün biz erməni terroru ilə yanaşı, beynəlxalq terrora qarşı mübarizədə öz səylərimizi gücləndiririk.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB