Elxan Süleymanov: “Qondarma "siyasi məhbus” məsələsinə yeni yanaşma Avropanın gözünü açacaq"
Madriddə İspaniya Parlamentində toplaşan AŞPA Hüquq Məsələləri Komitəsində birbaşa Azərbaycanla bağlı iki həssas məsələ müzakirə edilib. Lüksemburqdan olan Sosialist deputat, məruzəçi İv Kruxtenin hazırladığı "Avropada QHT-lərin fəaliyyətinə qeyri-müvafiq məhdudiyyətlərin qarşısını necə almalı" mövzusunda yenilənmiş giriş memorandumuna dair suallar və müzakirələrlə müşayiət edilən dinləmə keçirilib. SİA-nın tədbirdə iştirak edən millət vəkili Elxan Süleymanovdan əldə etdiyi məlumata görə, bu sənədin mühüm hissəsində yanlış faktlara əsaslanaraq, Azərbaycana kəskin hücum edilib və qərəzli nəticələr çıxarılıb.
Deputat bildirib ki, daha sonra İspaniyadan Xalq Partiyasının deputatı məruzəçi Pedro Aqramunt xüsusilə iddia edilən siyasi məhbusların işlərindən bəhs edən "Azərbaycanın Avropa Şurasında sədrliyi: insan hüquqlarına hörmət ilə bağlı nə edilməlidir?" mövzusunda məlumat qeydini təklif edib: "Məruzəçi öz sənədinə əksər məsələlərlə bağlı yalnız QHT-lərin birtərəfli mövqeyini deyil, Azərbaycanın mövqeyini də daxil etdiyindən, bu mətn daha tarazlaşdırılmış idi, çünki belə həssas məsələ barədə hər iki fikri əks etdirirdi. AŞPA-nın bu mövzuda əvvəlki bütün sənədləri ilə müqayisədə, məruzəçinin bu mətninin birtərəfli olmaması məni razı saldı və mən öz fikrimi belə izah etdim ki, Hüquq Məsələləri Komitəsinin üzvü kimi, məruzəçi qaldırdığı məsələlər barədə geniş mülahizələrimi hazırlayıb, ona ötürməyi məndən xahiş etdi. Məruzəçi təklif etdiyim əksər məqamları sənədinə daxil etdi və iclas zamanı buna görə ona öz təşəkkürümü bildirdim".
Millət vəkili bildirib ki, yenidən hüquqi yanaşmanın zəruriliyini vurğulayıb: "Buna baxmayaraq, həm məruzəçini, həm də bu Komitənin üzvlərini bu məsələyə sırf hüquqi müstəvidən yanaşmağa çağırıram. Cəmiyyətdə tanınması, siyasi dostluğu, xarici qrant müsahibələri qalibi və s. bu kimi hallara görə siyasi məhbus olmaları iddia edilən fərdi işlər bizi bu gün sanki hipnoz edib. Şübhəsiz, biz məruzəçinin etdiyi kimi, burada bu və ya digər QHT-nin siyahısını kor-koranə təkrarlayaraq, istənilən siyahı hazırlaya bilərik. İstənilən halda bu siyahı qəbul edilsə və yaxud rədd edilsə, hər zaman siyasi qurumda bu və ya digər təsadüfi cari siyasi çoxluğun nəticəsi olacaq. Bu səbəbdən nəticədə siyahımız "hüquqi" deyil, hər zaman "siyasi" siyahı olacaq".
E.Süleymanov Komitədəki həmkarlarıma müraciətlə bildirib: "Hüquqi dəyərləndirmə heç vaxt siyasi müzakirənin yaxud kor-koranə səsvermənin nəticəsi olmamalıdır. Biz hakim deyilik, bütün bu məsələlər isə hüququn aliliyinin mahiyyətidir. Siyasi məhbusların fərdi məhkəmə işləri açıq-aydın hüquqi məsələdir. Azərbaycan Avropa Şurasının üzvü olaraq, Avropa İnsan Hüquqları Konvensiyasına qoşulub, Avropa İnsan Hüquqları Məhkəməsinin üzvüdür. Hər bir Azərbaycan vətəndaşının Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət etmək hüququ vardır. Mənim bu yanaşmam komitənin bir neçə üzvü tərəfindən edilən: "Siyasi məhbus olduğunu iddia edənlər, istər tək-tək siyasətçilər, istərsə də QHT-lər və beynəlxalq təşkilatlar həmin şəxslərin siyasi məhbus olduğunu sübut etmək üçün məhkəmədə iddia qaldırmalıdırlar" və "Kimin siyasi məhbus olub-olmadığına yalnız məhkəmə qərar verməlidir. Bu, biz siyasətçilərin və hüquq müdafiəçilərinin işi deyildir. Bu, hüquq və məhkəmə işidir. Bəzilərimiz məhkəmənin səlahiyyətini ələ almaq üçün bəhanələr gətiririk, lakin bu, nə bizim məsuliyyətimiz, nə də səlahiyyətimizdədir", - çıxışlarla dəstəkləndi.
Məruzəçi Aqramunt da Azərbaycanın bu günə qədər insan hüquqları sahəsində belə çox və təkrarlanan iddialarla üzləşdiyini aydınlaşdıra biləcək yeni yanaşmadan çıxış edərək, bəzi yeni və gözlənilməz məqamları vurğuladı: "İddia edilən siyasi məhbusların əksəriyyəti vergidən yayınma və qanunsuz sahibkarlıq ittihamları ilə həbs edilmişdir. Bu qəribə ittiham məni təəccübləndirdi və xüsusi diqqətimi çəkdi. Aydındır ki, vergidən yayınma məsələsi bir sıra qeydiyyatsız QHT-lərin xaricdən əhəmiyyətli miqdarda maliyyə yardımı alması və bunu elan etməməsi, eləcə də maliyyənin şəxsi maaş üçün ayrılan hissəsini elan etməməsi ilə birbaşa əlaqəlidir. Xahiş edirəm nəzərə alın ki, bu QHT-lərin bəzisi heç vaxt qeydiyyat üçün müraciət etməyib, lakin hesablarına böyük məbləğdə pullar daxil olub. Bununla bağlı maliyyə şöbəsi tərəfindən aşkar edilmiş həmin fəallar vergidən yayınmada ittiham edilərək, məhkum edilib. Hamımız bilirik ki, siyasi partiyaları, vətəndaş cəmiyyəti qruplarını və ya fəalları dəstəkləmək üçün xaricdən pul vəsaitinin köçürülməsində tam şəffaflıq bir çox üzv dövlətlərdə ümumi qəbul olunmuş müsbət təcrübədir", - deyə məruzəçi bildirdi: "Mən məruzəmi təqdim edənə qədər bu həssas məsələni tamamilə aydınlaşdırmaq istəyirəm."
Lakin ən maraqlı məqam odur ki, məruzəçi məsələyə daha geniş müstəvidən yanaşaraq, qlobal enerji bazarında başlıca iştirakçı kimi, Azərbaycanın geosiyasi mövqeyinə diqqəti yönəltdi: "Olduqca təəccüblüdür ki, qlobal enerji bazarında Azərbaycanla birbaşa rəqabət aparan ölkələr müxalifət partiyalarını və fəalları pul vəsaiti ilə təmin edir. Bəziləri bunun təsadüf olduğunu deyir, lakin məsələni bu baxımdan daha yaxından araşdırsaq, burada başqa maraqların olduğunu açıq-aydın görərik. Nə üçün belə kiçik ölkənin fəalları digər gənc demokratiyalarda fəallara verilən qrantlara tamamilə qeyri-mütənasib olaraq, böyük məbləğdə xarici qrantlar alır? Beləliklə, gələcəkdə bu aspekti də araşdırmaq istərdim. Donor ölkələrin mühüm maliyyə səylərinin hamısını və onların insan hüquqlarından əlavə, digər sahələrdəki mümkün maraqlarının təfsilatlı siyahısını tərtib etmək maraqlı olacaq."
Bütün bu mülahizələr olduqca gərgin müzakirəyə yol açsa da, mən "qondarma siyasi məhbus" məsələsinə yeni yanaşmanın Avropanın gözünü açacağına ümid etdiyimi bildirdim. Lakin bu məlumat qeydinin müzakirəsindən əvvəl Lüksemburqdan olan Sosialist deputat, məruzəçi İv Kruxtenin hazırladığı "Avropada QHT-lərin fəaliyyətinə qeyri-müvafiq məhdudiyyətlərin qarşısını necə almalı" mövzusunda yenilənmiş giriş memorandumuna dair dinləmə və müzakirə keçirildi.
"Mən bu müzakirə ilə əlaqədar olaraq, hər fərdi məhkəmə işinə dair Azərbaycana qarşı irəli sürülən bütün birtərəfli və qeyri-müəyyən iddialara faktlarla cavab verən hərtərəfli sənəd hazırlamışam", - deyə bildirdim, - "hazırladığım bu sənəd Kruxtenin memorandumunun yanlış yanaşmasını ifşa etmək məqsədilə Komitənin bütün üzvlərinə paylanıb."
Mən müzakirələr zamanı yalnız QHT-lərin fəaliyyəti deyil, eləcə də onların maliyyələşməsinə diqqəti yönəltdim: "Azərbaycan qanunvericiliyində yerli QHT-lərin xarici mənbələr tərəfindən maliyyələşməsinin bütün hallarda şəffaf olması və buna görə də rəsmi şəkildə elan edilməsi tələb olunur. Bu qayda AŞPA-nın bütün üzv dövlətlərinə şamil olunur. Buna baxmayaraq, Azərbaycanda bir çox hallarda xarici qrantlar heç də öz benefisiarları tərəfindən elan edilmir. Benefisiar müxalifət liderləri və fəalları açıq-aşkar şəxsi mənfəət kimi istifadə etdikləri gəlir vergisini ödəmək istəmir. Bu, cinayət məsuliyyətidir, lakin onlar nə zamansa məhkum edilərsə və sonunda həbs olunarsa, beynəlxalq QHT-lər tərəfindən açıq şəkildə dəstəklənəcəklərini bilir. Bundan başqa, onlar indi məhşur olacaqlarına ümid edə bilər, bununla da insan hüquqularına görə beynəlxalq qiymətlər və mükafatlar alacaqlar və budur, qəflətən məhşur olduqdan sonra da gələcəkdə hətta bundan da böyük qrantlar almağa arxayın ola bilərlər. Ölkəmdə mövcud olan buna bənzər bir çox misallar çəkə bilərəm, lakin onları bir-bir sadalamağa ehtiyac duymuram", - deyə bəyan etdim.
Daha sonra sözümə davam edərək bildirdim: "Tamamilə aydındır ki, son zamanlar xarici korporativ maraqlar bir çox ölkələrdə bir sıra çevrilişlərə sövq etmişdir. Bu gün bu ölkələr davamlı qanlı vətəndaş müharibələrindən, minlərlə mülki əhali tələfatından, cəmiyyətlər arasında ümumi durğunluq və bütün dünyada təhlükəli vəziyyətin yaranmasından əziyyət çəkir. Bu gün görürük ki, bu kimi maraqlar dövlətimizi və qurumlarımızı sarsıtmaq niyyətindədir. Bunu yalnız siyasi məhbusların qondarma siyahılarını hazırlayan yerli QHT-lərin maliyyələşməsi yolu ilə etmək mümkündür. Sifarişlər əsasında tərtib olunmuş qondarma siyasi məhbus oyunlarının bu dəfə baş tutmayacağını bilməyinizi istərdik. Bu qondarma siyasi məhbus problemini sifarişlə ortaya atanların yalnız bir məqsədi vardır: Azərbaycanı avtoritar ölkə kimi təqdim etmək, onun imicini zədələmək və beynəlxalq aləmin diqqətini Azərbaycan torpaqlarının digər üzv dövlət tərəfindən qeyri-qanuni işğal altında olması faktından yayındırmaq. Bununla onlar Ermənistanın ölkəmizə qarşı təcavüzkar siyasətinə xidmət edirlər", - deyə Madriddə Komitədəki həmkarlarıma izah etdim.
Mən müzakirənin sonunda Avropalı həmkarlarıma açıq müraciət edərək, bəyan etdim: "Hesab edirəm ki, bütün bu riyakarlıqlara son qoyulmalıdır".
Bütün xəbərlər Facebook səhifəmizdə
Digər xəbərlər
Xəbər lenti
Jeep Avropanı azad edən əfsanəni canlandıracaq...
Texnologiya 20:49Bakıda AQEM-in 7-ci Zirvə Toplantısı keçirilib...
Siyasət 20:43Gənc çinlilər kommunizmdən üz döndərirlər...
Dünya 20:27Alsu yenidən ana olmağa qarşı deyil...
Şou-Biznes 20:05Ölümcül yük altında yatmaq...
Sosial 19:51ABŞ-da ara seçkilər haqqında əsas faktlar...
Dünya 19:28Putinin diplomatik marafonu uğursuz oldu...
Dünya 19:06Tramp prezidentlikdən qazanc əldə edir..?
Dünya 18:49İnsanı inandırmağın yeddi yolu..?
Sosial 18:27“Müharibəyə çevrilmə” mərhələsi...
Dünya 18:06Dağıstan Respublikasına yeni rəhbər seçilib
Dünya 17:52Kobaxidze Ermənistana səfər edib
Dünya 17:20Gürcüstan müxalifəti etiraz aksiyaları elan edib
Dünya 17:07Paşinyan İşçi Qrupu yaradıb...
Dünya 17:02Bakı Bəyannaməsi qəbul edilib
Siyasət 16:34Avrasiya diplomatiyasının Bakı triumfu - ANALİZ
Siyasət 16:25Çörəyin qiyməti qalxacaq? - İQTİSADÇI AÇIQLADI
İqtisadiyyat 16:20Hərbivəzifəlilərin təlim toplanışı davam edir
Siyasət 14:51Bu ilin ilk 9 ayı ərzində ölkə ərazisində 1 100 transformator təmir olunub
İqtisadiyyat 14:50Tarixin yeni dövrünü yazan və yaşadan lider TƏHLİL
Siyasət 14:37Yəmən müharibəsi necə bitəcək? - GÜNÜN SUALI
Siyasət 14:35“Azərişıq”da elektrik enerjisi itkiləri azalır
İqtisadiyyat 14:03Qusar-Həzrə-Sudur avtomobil yolunda bərpa işləri başa çatıb
İqtisadiyyat 13:55"Azərişıq" ASC bu ilin yanvar-sentyabr aylarında 272 892 müraciət qəbul edib
İqtisadiyyat 13:49Payız depressiyası nədir? - ARAŞDIRMA
Sosial 13:46BDYPİ beynəlxalq sərgidə təmsil olunur
Sosial 13:20Sabah Bakıda hava çiskinli olacaq
Hadisə 12:51Laos üzv dövlət qismində AQEM-ə qoşulub
Siyasət 12:44SOMDA xidmətə qəbulla əlaqədar müsabiqə elan edir...
Sosial 11:51Bakıda kəlağayı ilə milli irs yürüşü keçirilib - REPORTAJ
Mədəniyyət 10:55Özəl xəbərlər
Digər xəbərlər
Redaktorun seçimi
Köşə yazıları
Bir kilo ətin qiymətində bir ailənin hesabı -KÖŞƏ
29 Sentyabr 13:41
İnsanlar niyə özlərini başqalarının gözlərində axtarır? -KÖŞƏ
23 Sentyabr 11:41
Populyar
Valyuta məzənnəsi
-
USD
1,7000
0,00%
-
EUR
1,9067
+0,06%
-
GBP
2,2514
-0,24%
-
RUB
2,0148
-0,75%
Sizin reklam yeriniz

2008-2026. Səs İnformasiya Agentliyi, Bütün hüquqlar qorunur. Məlumatlardan istifadə etdikdə istinad mütləqdir.
İfadə olunan fikirlərə sayt məsuliyyət daşımır.
Ünvan: Üzeyir Hacıbəyli küçəsi, 66; Bakı, Azərbaycan.
Email: [email protected] Tel.: (+994 12) 598-33-90; Faks: (+994 12) 493-11-62;



