Bu gün psixometriya üzrə elmi-metodiki seminarda məntiqi təfəkkürün yoxlanılması üzrə növbəti tədris ili üçün magistraturaya qəbul imtahanı proqramı layihəsinin, "Magistr" jurnalının 1-ci sayında dərc edilməsi planlaşdırılan test tapşırıqları nümunələrinin və onlara dair izahlı məlumatın müzakirəsi davam etdirilib, "Məntiqi-riyazi test tapşırıqları" bölməsi üzrə nümunələr ətrafında fikir mübadiləsi aparılıb. TQDK-dan SİA-ya verilən xəbərə görə, seminar iştirakçıları tərəfindən təqdim olunan test tapşırıqları nümunələrinin bəziləri seçilərək proqram layihəsinə daxil edilib. Tapşırıqların bir qisminin isə bir qədər təkmilləşdirildikdən sonra "Magistr" jurnalının 2-ci sayında dərc edilməsi tövsiyə olunub.
Müzakirələrdən sonra layihədə müvafiq düzəlişlər aparılması qərara alınmış, proqram layihəsi əlavə və dəyişikliklərlə qəbul olunmuşdur.
Ümumi intellekt səviyyəsinin (məntiqi təfəkkürün) müəyyən edilməsi üzrə magistraturaya qəbul proqramı "Magistr" jurnalının 1-ci sayında dərc ediləcək.
7 noyabrda keçiriləcək növbəti seminarda 2014-cü ildə ali təhsil müəssisələrinin magistraturalarına qəbul imtahanında istifadə olunan test tapşırıqlarının elmi-metodiki və statistik təhlili aparılacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB