Sabah Bakıda və Abşeron yarımadasında oktyabrın 31-də buludlu hava şəraiti üstünlük təşkil edəcək, bəzi yerlərdə çiskinli olacağı, axşama doğru yağış yağacağı gözlənilir. Cənub küləyi axşam şimal küləyi ilə əvəz olunacaq. Bu barədə SİA-ya Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan məlumat verilib.
Məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın temperaturu gecə 9-12, gündüz 13-16 dərəcə isti olacaq.
Azərbaycanın rayonlarında arabır yağış yağacaq, bəzi yerlərdə intensivləşmə ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabır güclənəcək.
Aran rayonlarında havanın temperaturu gecə 6-11, gündüz 12-17, dağlarda gecə 2 dərəcə şaxtadan 3 dərəcəyə kimi isti, gündüz 3-8 dərəcə isti olacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB