Nümayəndə heyətimiz Maxaçkalada səfərdədir

Nümayəndə heyətimiz Maxaçkalada səfərdədir

29 oktyabr - 2 noyabr tarixlərində Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) 8 nəfərlik nümayəndə heyəti Rusiyanın Maxaçkala şəhərində keçirilən "Zirvə" Ümumrusiya tələbə təhsil forumunda iştirak edir. SİA-nın məlumatına görə, Dağıstan Dövlət Universiteti və Rusiya Gənclər İttifaqının birgə təşkilatçılığı ilə keçirilən forumun əsas məqsədi iştirakçı tələbə gənclər arasında əməkdaşlıq əlaqələrinin gücləndirilməsi, tələbə təşkilatlarında fəaliyyət təcrübələrinin qarşılıqlı öyrənilməsindən ibarətdir.

Qeyd edək ki, tədbir çərçivəsində iştirakçılar Rusiyanın Elm və Təhsil Nazirliyi, Mədəniyyət Nazirliyi, İctimai Palata və bir sıra tələbə QHT-lərinin nüəayəndələri ilə görüşlərə qatılacaqlar.

Bütün xəbərlər Facebook səhifəmizdə