Arzu Rəhimov Sumqayıtda qəbul keçirəcək

Arzu Rəhimov Sumqayıtda qəbul keçirəcək

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) rəisi, general-leytenant Arzu Rəhimov noyabrın 20-də Sumqayıt şəhərində vətəndaşları qəbul edəcək. Qurumun mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, qəbul saat 11:00-da SHXÇDX-nin Sumqayıt şəhər idarəsinin inzibati binasında (Sumqayıt şəh. 4 mkr. C.Cabbarlı küç. 4) başlayacaq.

Qəbula Abşeron, Qubadlı və Sumqayıt sakinləri gələ bilərlər.

Bütün xəbərlər Facebook səhifəmizdə