Fazil Məmmədov Salyanda qəbul keçirib

Fazil Məmmədov Salyanda qəbul keçirib

Oktyabrın 30-da vergilər naziri Fazil Məmmədov tərəfindən Salyan şəhərindəki Heydər Əliyev Mərkəzində Salyan, Neftçala və Saatlı rayonlarından olan vətəndaşlar üçün keçirilib. SİA-nın xəbərinə görə, vergilərin hesablanması, ödənilməsi, nəzarət kassa aparatlarının tətbiqi, vergi borcları, vergi nəzarəti tədbirləri sahəsində sahibkarların qarşılaşdıqları problemlər, vergi ödəyicilərinə göstərilən xidmətlər, kiçik sahibkarlığa güzəştli kreditlərin verilməsi, vergi orqanlarına işə qəbul və digər məsələlərlə bağlı 40-dan çox vətəndaşın müraciətinə baxılıb.
Qəbul zamanı qaldırılan problemlərin əksəriyyəti yerindəcə həll olunub, müraciətlərin bir qismi nəzarətə götürülüb, digərlərinin araşdırılması və lazımi tədbirlərin görülməsi ilə bağlı müvafiq tapşırıqlar verilib. Qəbula gələn vətəndaşlar onlar üçün yaradılan bu imkandan razı qaldıqlarını bildiriblər.

Bütün xəbərlər Facebook səhifəmizdə