Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) İcraçı direktoru Şəmsi Gülverdiyev cari ilin 20 - 27 oktyabr tarixlərində Gürcüstanın Kobuleti şəhərində Avropa Komissiyasının "Gənclər fəaliyyətdə" proqramı çərçivəsində reallaşdırdığı "Dostdan daha artıq" adlı Avropa Könüllülük Xidməti mövzusunda beynəlxalq tədbirdə ölkəmizi və təşkiltamızı təmsil edib. SİA-nın məlumatına görə, tədbir çərçivəsində iştirakçılar öz ölkələrində (Azərbaycan, Gürcüstan, Belarus, Moldova, Ukrayna, Polşa, Rusiya, Belçika, Ermənistan) könüllülük hərəkatının inkişafı haqqıda məlumat veriblər.
Azərbaycanda böyük könüllü hərəkatının artıq formalaşdığını qeyd edən ATGTİ-nin İcraçı direktoru "Avroviziya 2012" "U 17" qadınlararası dünya futbol çempionatı və digər böyük beynəlxalq tədbirləri diqqətə çatdıraraq, həmin tədbirlərdə böyük könüllü fəaliyyətinin həyata keçirildiyini bir daha yada salıb.
Qeyd edək ki, tədbirin yekununda Şəmsi Gülverdiyevə Avropa Könüllülük Xidmətinin (EVS) mütəxəssisi olmaq haqqında sənəd - sertifikat təqdim edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB