Oktyabrın 31-də Bakıda və Abşeron yarımadasında buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi gözlənilir.Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan SİA-ya verilən xəbərə görə, gecə və səhər yarımadanın bəzi yerlərində qısa müddətli yağış yağacağı ehtimalı var. Cənub küləyi əsəcək. Havanın temperaturunun gecə 9-12, gündüz 13-16 dərəcə isti olacağı gözlənilir.
Azərbaycanın rayonlarında oktyabrın 31-də gecə və səhər ayrı-ayrı yerlərdə duman, çiskin olacağı, şimal və şərq rayonlarında yağış yağacağı ehtimalı var. Qərb küləyi əsəcək. Havanın temperaturunun gecə 6-11, gündüz 12-17, dağlarda gecə 0-5, gündüz 5-10 dərəcə isti olacağı gözlənilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB