Keniyalı tələbə Kelvin Maçariya maşın qaçırılması əleyhinə yeni sistem hazırlayıb və bu sistem inkişaf etmiş dünya analaoqlarından heç də geri qalmır. Maşınları oğurlanmaqdan qorumaq ideyası Maçariyanın ağlına bir neçə il əvvəl onun qohumlarından birinin avtomobili oğurlanarkən gəlib. Texniki universitet tələbəsi nəhayət özünün çoxfunksiyalı sistemini işləyərək hazırlayıb. Sistem təkcə oğurlanmış maşını qaytarmağa kömək etmir, həm də oğrunu tutmaqda polisə imkan verir.
Sistem belə işləyir: Avtomobildə gizlədilmiş GPS-modul avtomobilin yerləşdiyi yeri müəyyən edir və koordinatları sahibinin telefonuna və situasiya mərkəzinə ötürür. Əgər oğru salona daxil olubsa gizli kamera dərhal onun şəklini çəkir. Lakin sistemin ən maraqlı funksiyası mühərrikin məsafədən söndürülməsidir və həmin funksiya adi SMS ilə aktivləşir. Maşın sahibinin verilmiş ünvana gizli kodu SMS ilə göndərməsi kifayətdir ki, mühərrik dayansın. Onu blokdan çıxarmadan yenidən işə salmaq isə artıq qeyri-mümkün olacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB