Yeni komitə yaradılıb

Azərbaycan Sığortaçılar Assosiasiyasında yeni komitə yaradılıb. Sığortaçılar Assosiasiyasından bildiriblər ki, həyat sığortası üzrə fəaliyyət göstərəcək komitədə ölkədə fəaliyyət göstərən üç şirkətin - "PAŞA Həyat", "Atəşgah Həyat" və "Qala Həyat" sığorta şirkətlərinin hər birindən iki nümayəndə təmsil olunacaq.
"Paşa Həyat" sığorta şirkətinin sədr müavini Niyaz İsmayılovun rəhbərliyi ilə fəaliyyət göstərəcək komitədə həyat sığortası bazarının vəziyyəti və inkişaf perspektivləri müzakirə ediləcək.
Xatırladaq ki, hazırda Azərbaycanda həyat sığortası üzrə "PAŞA Həyat", "Atəşgah Həyat" və "Qala Həyat" sığorta şirkətləri fəaliyyət göstərir.

Bütün xəbərlər Facebook səhifəmizdə