Dövlət başçısı İlham Əliyev Dilma Russeffə təbrik məktubu göndərib
Prezident İlham Əliyev Braziliya Federativ Respublikasının Prezidenti xanım Dilma Russeffə təbrik məktubu ünvanlayıb. SİA-nın məlumatına görə, təbrikdə deyilir: "Braziliya Federativ Respublikasının Prezidenti vəzifəsinə yenidən seçilməyiniz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm.
İnanıram ki, Azərbaycan ilə Braziliya arasındakı dostluq və əməkdaşlıq münasibətləri xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da inkişaf edəcək və genişlənəcəkdir.
Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost Braziliya xalqının rifahı naminə fəaliyyətinizdə uğurlar diləyirəm".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB