Zəngilanın işğal günü anılıb FOTOLAR

Zəngilanın işğal günü anılıb FOTOLAR

Bu gün Nərimanov rayon İcra Hakimiyyətinin binasında Azərbaycan Qaçqın və Məcburi Köçkün Gənclər Təşkilatı Nərimanov rayon Gənclər və İdman İdarəsi ilə birgə Zəngilan rayonunun erməni silahlı qüvvələri tərəfindən işğal olunmasının 21-ci ildönümü münasibətilə dəyirmi masa keçirib. SİA-nın xəbərinə görə, tədbir şəhidlərin ruhunun 1 dəqiqəlik sükutla yad edilməsilə açıq elan edilib.

Giriş nitqi ilə çıxış edən Nərimanov rayon Gənclər və İdman İdarəsinin rəisi Nəcəf Novruzov Zəngilan rayonunun işğal olunmasını erməni silahlı qüvvələrinin işğalçı siyasətinin tərkib hissəsi olduğunu bildirib.

N.Novruzov Nərimanov rayon gənclərinin işğal olunmuş torpaqlarımızın azad olunması üçün Prezientimiz, Ali Baş Komandan İlham Əliyevin əmrinə daim hazır olduqlarını bəyan edib.

Tarixçi alim Ramazan Hüseynov Zəngilanın tarixi, mədəniyyət abidələri işğala qədər və işğaldan sonrakı vəziyyəti baradə məruzə ilə çıxış edib.

O, məruzəsində Zəngilanın 1993-cü ildə erməni silahlı qüvvələri tərəfindən işğal olunduğunu, rayonun işğal olunmazdan qabaq eməni qüvvələri tərəfindən tam olaraq mühasirəyə alındığını və on minlərlə insanın qırılmaq təhlükəsi ilə üz-üzə qaldığını bildirib. Araz çayını keçən zaman çoxlu sayda insanın boğularaq öldüyünü qeyd edib. Sahəsi 707 km2 olan, əhalisi 37,4 min nəfərdən çox olan Zəngilan rayonunun əhalisinin Respublikamızın müxtəlif bölgələrində məcburi köçkün kimi məskunlaşdığını qeyd edib.

Azərbaycan Turizim İnstitunun tələbə gənclər təşkilatının sədri Ağamir Ağamirov çıxışında Azərbaycan gənclərinin işğal olmuş torpaqlarımızın azad olunması üçün bütün sahələrdə fəallığın artırılmasının vacib olduğunu bildirib. Gənclər arasında vətənpərvərlik ruhunun getdikcə daha da güclənməsi istiqamətində həyata keçirilən tədbirlərin tezliklə doğma torpaqlarımızın işğaldan azad olunacağı ilə nəticələnəcəyini qeyd edib.

Nərimanov rayon Ağsaqqallar Şurasının sədri Miri Həsənov gəncləri mübariz, vətənpərvər olmağa, hər an silaha sarılıb işğal olunmuş torpaqlarımızın azad olunması üçün hazır olmağa səsləyib. Ermənilərin hiyləgər, məkrli bir düşmən olduğunu, bir çox dövlətlərin isə bu işğalçı dövlətə dəstək verdiklərini bildirib. Müasir dövrdə gənclərin ayıq-sayıq olmalarının vacibliyini vurğulayıb.

Tədbirdə çıxış edən Təxris Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin sədri Emin Həsənli Azərbaycan Silahlı Qüvvələrinin maddi-texniki bazasının getdikcə daha da gücləndiyini, şəxsi heyətin hərbi-vətənpərvərlik ruhunun və döyüş qabliyyətinin yüksək olduğunu və işğal olunmuş torpaqlarımızı qısa müddətdə azad etməyə qadir olduğunu vurğulayıb.

Tədbirin yekununda çıxış edən Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının üzvü, Qaçqın və Məcburi Köçkün Gənclər Təşkilatının sədri Vüqar Qədirov tədbirin təşkilində göstədiyi dəstəyə görə rayon icra hakimiyyətinə və Gənclər və İdman İdarəsinə öz təşəkkürünü bildirib.

O, Zəngilan rayonunun özünəməxsus təbiəti, tarixi abidələri və insanları baradə məlumat verib. Ermənilərin hələ də Zəngilan da daxil olmaqla 20 %-dən artıq Azərbaycan torpaqlarını işğal altında saxlanmasını ermənilərin təcavüzkar siyasətini davam etdirməsi ilə bərabər, ATƏT-in Minsk qrupuna həmsədrlik edən dövlətlərin bu münaqişənin həllində tutduqları ədalətsiz mövqenin, Azərbaycana qarşı ikili standartların yürüdüldüyünün nəticəsi kimi qiymətləndirib.

BMT-nin qəbul etdiyi 4 qətnaməyə diqqət çəkən natiq beynəlxalq güclərin bu qərarların icrasında maraqlı olmadıqlarını, ATƏT-in Minsk qrupuna həmsədrlik edən dövlətlərin isə ermənilərə olan xoş münasibətinin beynəlxalq hüquqdan və BMT qətnamələrindən daha yüksəkdə dayandığını qeyd edib.

V.Qədirov Fransa prezidenti Fransua Ollandın təşəbüssü ilə Azərbaycan və Ermənistan prezidentlərinin Fransada görüşlərinin keçirildiyi tarixdə "qondarma qarabağ respubilkası"nda cinayətkar, terrorçu erməni separatçılarının Azərbaycanın qədim əzəli torpağı olan işğal altındakı Kəlbəcər rayonunda öz dədə-babalarının, əzizlərinin məzarını ziyarət edərkən girov götürülən Dilqəm Əhmədovun və Şahbaz Quliyevin qondarma məhkəməsini televiziyalarda nümayiş etdirmələrini təcavüzkar və işğalçı siyasətlərindən əl çəkməyəcəklərinin bariz nümunəsi olduğunu bildirib. Natiq çıxışında Prezident İlham Əliyevin apardığı məqsədyönlü, çevik, prinsipial, vətənpərvər siaysət nəticəsində ermənilərin bölgədə həyata keçirilən bütün inkişaf və qlobal layihələrdən kənarlaşdırıldığını, Azərbaycan ordusuna ayrılan vəsaitin Ermənistanın dövlət büdcəsini bir neçə dəfə üstələdiyini qeyd edib, işğal olunmuş torpaqlarımızın tezliklə azad olunacağına əminliyini bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə