Sabah yağış yağacaq PROQNOZ

Oktyabrın 30-da Bakıda və Abşeron yarımadasında buludlu hava şəraiti üstünlük təşkil edəcək, gecə və səhər bəzi yerlərdə yağış yağacağı, gündüz havanın dəyişkən buludlu olacağı gözlənilir. Mülayim cənub-şərq küləyi əsəcək. Bu barədə SİA-ya Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunundan məlumat verilib.

Məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın temperaturu gecə 9-12, gündüz 13-16 dərəcə isti olacaq. Azərbaycanın rayonlarında gecə və səhər ayrı-ayrı yerlərdə duman olacaq, bəzi şərq rayonlarında yağış yağacaq. Şərq küləyi əsəcək.

Aran rayonlarında havanın temperaturu gecə 5-10, gündüz 12-17, dağlarda gecə 0-5, gündüz 5-10 dərəcə isti olacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə