Yozef Blatter: "Messinin ən yaxşı oyunçu hesab edilməsi düzgün qərar olmayıb"

Yozef Blatter: "Messinin ən yaxşı oyunçu hesab edilməsi düzgün qərar olmayıb"

FİFA-nın prezidenti Yozef Blatter Argentina yığmasının hücumçusu Lionel Messiyə 2014-cü il dünya çempionatının ən yaxşı futbolçusu adı verilməsi barədə fikrini bildirib. Blatter qeyd edib ki, bu məsələ ilə məşğul olan komitənin qərarı onu bir qədər təəccübləndirib.
AzərTAc xəbər verir ki, Blatter deyib: "Hesab edirəm ki, bu qərar düzgün olmayıb. Ekspertlər mənə dedilər ki, onlar yalnız final matçında iştirak etmiş 10 futbolçunun namizədliyini nəzərdən keçiriblər".

Xatırladaq ki, final matçında Argentina yığması almanlara 0:1 hesabı ilə uduzub. Messi turnirdə keçirdiyi yeddi matçda dörd qol vurub və bir uğurlu ötürmə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə