Dmitro Bulatov: "Azərbaycanda gənclərin məsələlərinə böyük diqqət yetirilir"
Gənclər siyasətinə dair Birinci qlobal forum bütün dünyada gənclər siyasətinin inkişafı üçün çox böyük əhəmiyyət kəsb edir. Biz bu tədbirin keçirilməsində Azərbaycanın rolunu yüksək qiymətləndiririk.
Bu sözləri Ukraynanın gənclər və idman naziri Dmitro Bulatov jurnalistlərə müsahibəsində deyib. O qeyd edib ki, sürətlə inkişaf edən və göz qabağında dəyişən Azərbaycanda gənclərin məsələlərinə böyük diqqət yetirilir.
D.Bulatov deyib: "Ukraynada xeyli azərbaycanlı yaşayır və təhsil alır. Onlar ölkənin mədəni həyatında iştirak edir, yaxşı oxuyur, idman sahəsində fəallıq göstərirlər. Mənim Azərbaycan gənclərinə böyük rəğbətim var".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB