Sürücülərin nəzərinə! Mərkəzi yollar bağlanacaq

Sürücülərin nəzərinə! Mərkəzi yollar bağlanacaq

Paytaxtın mərkəzi yollarında nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq. Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən SİA-ya verilən məlumata görə, 1-2 noyabr tarixlərində Bakı şəhərində keçiriləcək "Baku World Challenge 2014" yarışları ilə əlaqədar olaraq Mikayıl Hüseynov prospekti, Akademik Əhəd Yaqubov və Aqil Quliyev küçələrində nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət qoyulacaq. Sürücülərə alternativ olaraq Qurban Abbasov, Xanlar küçələri və Badamdar şossesindən istifadə etmək tövsiyə olunur.

Bütün xəbərlər Facebook səhifəmizdə