Spikerdən Zahid Oruca sərt reaksiya: "Söz güləşdirmə, sakit otur!"

Spikerdən Zahid Oruca sərt reaksiya: "Söz güləşdirmə, sakit otur!"

Milli Məclisin bu gün keçirilən iclasında spiker Oqtay Əsədovla millət vəkili Zahid Oruc arasında mübahisə düşüb. SİA-nın xəbərinə görə, millət vəkili Zahid Oruc dövlət qulluğu ilə bağlı keçirilən imtahan və onların nəticəsindən, bununla bağlı ona edilən müraciətlərdən danışıb.

Çıxışını bitirdikdən sonra spiker Oqtay Əsədov Z. Oruca irad tutub: "Səndə bir xasiyyət var, çox uzun danışırsan. Bir az qısa elə...".

Bu zaman Zahid Oruc sədrin iradına reaksiya verib. Buna cavab olaraq O. Əsədov deputata yenidən irad tutub: "Yerindən danışma! Sən dedin mən eşitdim, indi də sözümü kəsmə".

Deputat yenidən yerindən mikrofonsuz nəsə demək istədikdə, spiker əsəbiləşərək ona xəbərdarlıq edib: "Sən yaman söz güləşdirirsən. Bir az diqqətli ol. Baxıram yaman ideyaların var. Danışanda bir az diqqətli ol, söz güləşdirmə, sakit otur!".

Bütün xəbərlər Facebook səhifəmizdə