Azərbaycanda polis əməkdaşlarının elektroşok qurğusundan istifadəsi yalnız daxili işlər nazirinin əmri ilə mümkün olacaq. SİA-nın xəbərinə görə, bununla bağlı parlamentin bugünkü iclasında "Polis haqqında" qanuna dəyişikliklər müzakirə edilib.
Layihə barədə məlumat verən Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bildirib ki, hazırkı qanuna görə rota komandirinin, bölük komandirinin tapşırığına əsasən hər bir polis bu qurğudan istifadə edə bilər: "Dəyişiklik ondan ibarətdir ki, elektroşok qurğusunu gəzdirəcək şəxslərin, yəni zabitlərin dairəsi daxili işlər nazirinin əmri ilə müəyyən ediləcək".
Elektroşok vasitələrin tətbiqinin vacibliyini qeyd edən Ə. Hüseynli bildirdi ki, bu vasitə ilə uzaq məsafədən cinayətkarı və cəmiyyətə zərər vermək istəyən şəxsi və ya qrupu zərərsizləşdirmək mümkün olacaq: "Elektroşokdan istifadə etməklə şəxsi və qrupu bir neçə metrlikdən zərərsizləşdirmək mümkün olacaq. Belə bir üsul dünyada mövcuddur və dünyanın bir çox inkişaf etmiş ölkələrində hətta bundan istifadə olunur".
Onun sözlərinə görə, elektroşok 4 halda istifadə olunacaq və ondan ancaq lazımi məqamda istifadə olunacaq: "Sənəddə əks olunmuş dəyişikliyə əsasən, cinayətkarın insan həyatına təhlükə yaratdığı halda; kütləvi iğtişaşlar və qiyamlar zamanı; silahlı şəxsin silahdan istifadə etməklə müqavimət göstərmək ehtimalı olduğu halda; həbsdə olan şəxsi güc yolu ilə qaçırmaq istədikdə elektroşokdan istifadə etmək hüququ veriləcək.
Layihə müzakirələrdən sonra qəbul edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB