Astara şəhərinin Xəzər dənizi sahilində park-bulvarın tikintisinə fevral 2014-cü ildə başlanıb. SİA-nın Cənub bürosunun verdiyi məlumata görə, 8 hektar sahədə salınan park-bulvarın tikintisi üçün 250 min kub metrə yaxın torpaq daşınıb, sahilboyu 600 metr məsafədə mühafizə bəndi, gəzinti yeri, İstirahət meydanı dəmir beton konstruksiyası ilə betonlanıb. Bulvarda 7000 kv. metr travertin materialı düzülüb, sahil boyu paslanmayan borudan 600 metr məhəccər qurulub, müasir işıqlandırılma sistemi quraşdırılıb, 150-dən çox xançinar, dəmirağac və palıd ağacları əkilib, suvarma sistemi qurulub və 600 kv metrlik fəvvarə tikilib. Hazırda 2 ədəd şəlalənin tikintisi və uşaqların əylənməsi üçün attraksionların quraşdırılması işləri aparılır.
Bulvar ərazisində 1550 m2 ölçüdə əyləncə mərkəzinin, 1200 nəfərlik amfiteatr, çay evi və kafenin, mini futbol və voleybol meydançalarının tikintisi nəzərdə tutulub. Əhalinin səbirsizliklə istifadəsini gözlədikləri park-bulvarda tikinti-quraşdırma işləri böyük mütəşəkkilliklə davam etdirilir.
Bundan əlavə rayona gələn turist və qonaqların maraqlı istirahət etmələrindən ötrü bulvara yaxın ərazidə "Astara AAAF Park" kompleksi salınıb, burada mövcud bina yenidən qurularaq 3 mərtəbəli hotel və ona yanaşı 12 ədəd 2 mərtəbəli kottec inşa edilir.
Sərraf Mirsəfəroğlu
Bütün xəbərlər Facebook səhifəmizdə