Rusiyanın Mineralnıye vodı şəhərinin xəstəxanasında yerli sakin Anatoli Larionovu döyərək qətlə yetirməkdə şübhəli bilinən milliyyətcə erməni Andranik Sakanyan, Samvel Manuçaryan və Arman Axumyana qarşı Rusiya Cinayət Məcəlləsinin 105-ci və 213-cü maddələri üzrə (qəsdən adam öldürmə və xuliqanlıq) ittiham irəli sürülüb. Rusiya İstintaq Komitəsinin mətbuat xidmətinin məlumatına görə, kütləvi dava və qətl törədən dəstənin digər 23 üzvü də müxtəlif ittihamlar üzrə təqsirli biliniblər. Dəstənin daha 7 üzvü federal axtarışa verilib. Stavropol diyarının millətlərin və kazakların işləri üzrə komitəsinin sədri Aleksandr Yakuşev vəzifəsindən azad olunub, Mineralnıye vodı şəhəri administrasiyasının rəhbəri İvan Ostapenko və Mineralnıye vodı rayonunun və şəhərinin başçısı Konstantin Qamayunov istefa veriblər.
Cinayət işinin materiallarına əsasən, sentyabrın 20-də Rusiyanın Stavropol diyarının Mineralnıye vodı şəhərindəki "Yevgeniya" kafesində ermənilərdən ibarət dəstənin üzvü Andranik Sakayan yerli sakin Roman Savçenkonun başına butulka ilə vuraraq onu yaralayıb. Başından zədə alan Savçenko tanışı Anatoli Larionov və Ruslan Abduljalilovun müşayiəti ilə yerli xəstəxanaya çatdırılıb. Bir müddətdən sonra Sakanyan 30 nəfərə yaxın, əsasən, erməni tanışı ilə xəstəxanaya basqın edib. Dəstə dəhlizdə olan A.Larionovu döyüb, o çoxlu sayda zədə alaraq komaya düşüb və bir neçə gündən sonra xəstəxanada vəfat edib. Dəstənin üzvləri Abduljalilovu və tibb bacısı Nina Stankanı da yaralayıblar.
Maraqlıdır ki, hadisə baş verəndən sonra cinayəti törətməkdə şübhəli bilinən şəxslərin bir neçəsi saxlanılsa da, cərimə ödədikdən sonra azadlığa buraxılıblar. Yalnız yerli əhalinin etiraz aksiyalarından sonra təqsirkarların tapılaraq istintaqa cəlb olunması üçün tədbirlər görülüb. Şəhər əhalisi diyarın erməni diasporundan üzrxahlıq gözləsə də, Rusiya ermənilər ittifaqı yalnız müraciət və dəstənin törətdiyi cinayəti pisləməklə kifayətlənib.
Yerli mətbuat orqanlarının yazdığına görə, Mineralnıye vodı şəhərində, eləcə də bütövlükdə Stavropol diyarında ermənilərin sayı getdikcə artır. Ruslar və digər millətlərdən olan əhali isə öz ev-eşiklərini tərk edərək ölkənin başqa bölgələrinə köçməli olurlar. Necə deyərlər, yersiz gəldi, yerli qaç.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB