Moldovada çıxan populyar "Kommersant İnfo" müstəqil informasiya-analitik həftəliyində (№29, 2014) AzərTAc-ın xüsusi müxbiri Zeynal Ağazadənin "Yeni görüşlərədək, Azərbaycan!" sərlövhəli məqaləsi IV Bakı Beynəlxalq Humanitar Forumunun işindən bəhs edən dərc olunub.
Forumun iştirakçısı, "Kommersant İnfo" nəşrinin təsisçisi və baş redaktoru Robert Zapadinski agentliyimizə verdiyi müsahibədə Forumdan aldığı təəssüratlarını bölüşür, orada qoyulmuş məsələlərin aktuallığından və dərinliyindən söhbət açır.
R.Zapadinski müsahibədə vurğulayır ki, forumun iş ahəngi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin nitqi ilə müəyyən edilib. Tanınmış naşir və jurnalist qeyd edib ki, Azərbaycan dövlətinin başçısı öz parlaq və ətraflı çıxışında humanitar xarakterli konseptual problemlərə, bu problemlərlə bu gün planetimizdə yaranmış mürəkkəb iqtisadi vəziyyət arasında əlaqələrə diqqəti cəlb edib. Bunu əsas götürən forum iştirakçıları bütün bəşəriyyəti narahat edən və maksimum sürətlə həlli tələb olunan kəskin, ümdə məsələləri hərtərəfli müzakirə ediblər.
Həftəliyin baş redaktoru qeyd edir ki, bizim peşə ilə bilavasitə bağlı olan, jurnalistika problemlərinə həsr edilmiş "dəyirmi masa" və onun iştirakçıları – Asiya və Sakit okean ölkələri informasiya agentlikləri təşkilatının (OANA) baş katibi, TASS informasiya agentliyinin baş direktorunun birinci müavini Mixail Qusman, Azərbaycan Dövlət Teleqraf Agentliyinin (AzərTAc) baş direktoru Aslan Aslanov, Milli Məclisin deputatı, yazıçı-publisist Elmira Axundova, Macarıstanın nüfuzlu və populyar "Jobbik" partiyasının mətbuat xidmətinin rəhbəri Georgina Bernat və başqalarının çıxışları çox maraqlı idi.
R.Zapadinski müsahibəsində deyib: "Prezident İlham Əliyev ilə şəxsən görüşməyim mənim üçün gözlənilməz sürpriz oldu. Bizim redaksiya tərəfindən "Novıy Azerbaydjan" qəzetinin məxsusi bu forum üçün hazırlanmış nəfis tərtibatlı, informasiya baxımından tutumlu xüsusi buraxılışını ölkənizin liderinə şəxsən təqdim etdim. Həftəliyin bu nömrəsində Azərbaycanın demək olar ki, bütün sahələrdə qazandığı ciddi nailiyyətlərdən bəhs olunur. Cənab Əliyev Azərbaycanın Moldovada və bizim regionda imicinin təbliğinə yönəlmiş bu kreativ addıma görə redaksiyanın kollektivinə təşəkkürünü bildirdi".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB