Şagirdlərin iştirakı ilə teatr mövzusunda müxtəlif viktorinalar, müsabiqələr keçiriləcək
Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında Bakı şəhərinin orta ümumtəhsil məktəblərinin valideyn–müəllim komitələri və təhsil müəssisələrinin tərbiyə işləri üzrə direktor müavinləri ilə görüş keçirilib.
Bakı Şəhəri üzrə Təhsil İdarəsindən bildiriblər ki, görüşün məqsədi məktəblilərin teatra olan marağını artırmaq, hər yaş qrupuna uyğun tamaşalar hazırlamaq, təhsil müəssisələrində müvafiq tədbirlər təşkil etməkdir.
Görüşdə şagirdlərlə teatr mövzusunda müxtəlif viktorinaların, müsabiqələrin keçirilməsi, təhsil müəssisələrində dram və qiraət dərnəklərinin yaradılması və digər məsələlər müzakirə olunub.
Sonra Cəlil Məmmədquluzadənin "Anamın kitabı" əsəri əsasında hazırlanmış eyniadlı tamaşa nümayiş etdirilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB