Dələduz vəzifəli şəxsin qanunsuz əməlləri ifşa edilib

Dələduz vəzifəli şəxsin qanunsuz əməlləri ifşa edilib

"Standart Kapital" Məhdud Məsuliyyətli Cəmiyyətin vəzifəli şəxsinin qanunsuz hərəkətləri barədə Bakı şəhər sakininin müraciəti Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində araşdırılıb.

Araşdırmalar zamanı Cəmiyyətin qiymətli kağızlar üzrə baş mütəxəssisi Məzahim Məmmədovun qulluq mövqeyindən və vəzifə səlahiyyətlərindən sui-istifadə edərək özünü xarici ölkələrdə geniş fəaliyyət göstərən "Minvest" şirkətinin sahibi, Avropada və Amerikada qiymətli kağız birjaları ilə yaxın əlaqəsi olan mütəxəssis kimi təqdim edərək 2013-cü ildə Bakı şəhər sakininə yüksək faizlə gəlir götürməyi vəd verməklə aldadıb 60 min manat məbləğində pulunu ələ keçirməsində şübhələr üçün əsaslar olduğundan fakta görə Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla dələduzluq) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət işi başlanıb.

Baş Prokurorluğun mətbuat xidmətindən bildiriblər ki, hazırda iş üzrə zəruri istintaq hərəkətləri davam etdirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə