Kəmaləddin Heydərov qəbul keçirəcək

Kəmaləddin Heydərov qəbul keçirəcək

Azərbaycanın fövqəladə hallar naziri Kəmaləddin Heydərov oktyabrın 30-da saat 11.00-da Qusar şəhərində, Qusar şəhər Mədəniyyət Sarayının inzibati binasında vətəndaşları qəbul edəcək. SİA-nın FHN-in saytına istinadən xəbərinə görə, qəbulda yalnız Qusar, Quba, Xaçmaz, Şabran və Siyəzən rayonlarının sakinləri, habelə həmin rayonlarda məskunlaşmış məcburi köçkünlər iştirak edə bilərlər.

Qəbulda yalnız FHN-in fəaliyyəti ilə bağlı müraciətlərə baxılacaq.

Qəbula gələn vətəndaşların qeydiyyatı Qusar şəhər Mədəniyyət Sarayının inzibati binasında (ünvan: Qusar şəhəri, general Mahmud Əbilov adına Meydan) 29 oktyabr 2014-cü il tarixində saat 09.00-da başlayacaq

Qəbula gələn vətəndaşlar şəxsiyyəti təsdiq edən sənəd təqdim etməlidirlər.

Bütün xəbərlər Facebook səhifəmizdə