Türkiyənin 9-cu Prezidenti Süleyman Dəmirəlin siyasi fəaliyyətinin 50 illiyi ilə əlaqədar Süleyman Dəmirəl Demokratiya və İnkişaf Muzey Kompleksinin açılışında Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin rəhbərliyi də təmsil olunub. Diasporla İş üzrə Dövlət Komitəsindən SİA-ya verilən xəbərə görə, tədbirdə Mərkəzin Baş katibi Rövşən Muradov və Təşkilatın İdarə Heyətinin üzvü, Rumıniyanın sabiq Prezidenti Emil Konstantinesku da iştirak edib.
Süleyman Dəmirəl Demokratiya və İnkişaf Muzey Kompleksi siyasi xadimin doğulduğu İspartanın İslamköy kəndində, 16 min kvadratmetrlik ərazidə yaradılıb. Kompleks məscid, kitabxana, muzey binası və digər tikililərdən ibarətdir. Muzeydə Süleyman Dəmirəlin Baş nazir və prezidentlik dövrünə aid eksponatlar, yerli və xarici səfərləri zamanı ona verilmiş hədiyyələr, Türkiyənin inkişafında böyük əhəmiyyətə malik layihələrin təməlqoyma və açılışlarına dair fotolar və digər materiallar sərgilənir. Kompleksinin arxiv və kitabxana bölümündə isə minlərlə əsər qorunur.
Qeyd edək ki, Süleyman Dəmirəl Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvüdür, o, Mərkəzin təsis etdiyi "Nizami" qızıl medalı təltif olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB