Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasında Asiya İnkişaf Bankının QHT və Vətəndaş Cəmiyyətinin İnkişafı Mərkəzinin rəhbəri Kris Morris ilə görüş keçirilib. Şuradan SİA-ya verilən xəbərə görə, görüş zamanı Şura sədri, millət vəkili Azay Quliyev rəhbərlik etdiyi qurumun yaranması və fəaliyyət istiqamətləri haqqında qonağa ətraflı verib. Azay Quliyev Asiya İnkişaf Bankı ilə Azərbaycan hökuməti arasında olan əməkdaşlıq münasibətlərini yüksək dəyərləndirdiyini bildirib.
Asiya İnkişaf Bankının QHT və Vətəndaş Cəmiyyətinin İnkişafı Mərkəzinin rəhbəri Kris Morris 2015-ci ilin mayında AİB-na üzv olan 67 dövlətin illik toplantısının keçiriləcəyini qeyd edib. Kris Morris toplantı çərçivəsində QHT-lərlə bağlı xüsusi sessiyanın təşkil ediləcəyini deyərək bu istiqamətdə Şura ilə yaxından əməkdaşlıq etmək istədiklərini söyləyib. Mərkəzin rəhbəri QHT-lərin monitorinq imkanlarının, bilik və bacarıqlarının artırılması və digər istiqamətlərdə Şura ilə əməkdaşlıqda maraqlı olduqlarını bildirib.
Şura sədri Azay Quliyev irəli sürülən əməkdaşlıq təkliflərini müsbət qarşıladığını və iki qurum arasında bu istiqamətdə müzakirələrin davam etdirilməsinin faydalı olduğunu vurğulayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB