Oktyabrın 25-də günün ikinci yarısından başlayan güclü yağış nəticəsində Lənkəranda bir sıra yaşayış məntəqələrini sel basıb. SİA-nın Cənub bürosunun verdiyi məlumata görə, ən gərgin vəziyyət rayonun Şağlakücə kəndində müşahidə olunub. Sel suları həyətləri basıb, sakinlər evdən çıxa bilmirlər.
Rayonun Siyavar kəndində də vəziyyət yaxşı deyil. Kəndin küçələri, 100-ə yaxın həyətyanı sahə su altında qalıb. Xeyli sayda ev quşu boğularaq tələf olub.
Sel suları əkin sahələrini, taxıl zəmilərini də yuyub aparıb. Suyun törətdiyi fəsadların aradan qaldırılması üçün Rayon Fövqəadə Hallar Komissiyası tərəfindən zəruri tədbirlər görülür.
Bölgədə yağıntılı hava şəraiti isə davam edir.
Sərraf Mirsəfəroğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB