İşgüzar görüşlərdə “səhər yeməyi” daha uğur gətirir

İşgüzar görüşlərdə “səhər yeməyi” daha uğur gətirir

Səhər yeməyi işgüzar görüşlər və danışıqlar üçün daha səmərəli imiş. SİA-nın məlumatına görə, tədbirlərin təşkili ilə məşğul olan Böyük Britaniya şirkəti - "The Deck"in sifarişi ilə tədqiqat keçirən mütəxəssislər bu qənaətə gəlib. Səhər yeməyinin biznes münasibətlərinə təsirinin öyrənilməsi üçün keçirilmiş tədqiqatda 100-dən çox insan iştirak edib və rəyini bildirib. Rəyi soruşulanların 71%-i işgüzar səhər yeməyinin yüksək səmərəliliyini qeyd ediblər. 65%-i bildirib ki, səhər yeməyində danışıqlar aparmaq daha asandır. 75% düşünür ki, bu cür görüşlərin iş günü qrafikini pozması ehtimalı azdır.

"The Deck"in protokol tədbirləri şöbəsinin rəhbəri Çarli Teylor-Smitin sözlərinə görə, ilin əvvəlindən bəri, məhz səhər yeməyi danışıqlarının sayı xeyli artıb. Londonun işgüzar hissəsində səhər yeməyi görüşləri üçün yerlər daha çox tanınır. Respondentlərin 72%-i bildirib ki, məhz səhər yeməyində danışıqlar prosesinə daha çox ruh yüksəkliyi ilə qatılırlar. 85% əmindir ki, səhər yeməyi zaman keçirilən işgüzar görüşlərdən səmərəli heç nə yoxdur.

Bütün xəbərlər Facebook səhifəmizdə