Temperatur 2-3 dərəcə yüksələcək PROQNOZ

Temperatur 2-3 dərəcə yüksələcək PROQNOZ

Havanın temperaturu ötən günlərlə müqayisədə 2-3 dərəcə yüksələcək. Bu barədə SİA-ya Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan məlumat verilib. Məlumata görə, yaxın 2-3 gün ərzində Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Oktyabrın 28-də gecəyə doğru və oktyabrın 29-da yarımadanın bəzi yerlərində yağış yağacaq. Mülayim şimal-şərq küləyi əsəcək.

Azərbaycanın bölgələrində isə bəzi yerlərdə duman olacağı, əsasən şimal və şərq rayonlarında yağıntı olacağı gözlənilir.

Havanın temperaturu Bakıda və Abşeron yarımadasında günorta saatlarında 12-15 dərəcə isti, Aran rayonlarında 10-15 dərəcə isti, dağlıq rayonlarda isə 5-10 dərəcə isti olacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə