Nazirlik faktiki hava şəraiti ilə bağlı açıqlama yayıb

Nazirlik faktiki hava şəraiti ilə bağlı açıqlama yayıb

Ekologiya və Təbii Sərvətlər Nazirliyi oktyabrın 26-sı gündüzdən 27-si səhərədək müşahidə olunmuş faktiki hava şəraiti ilə bağlı açıqlama yayıb. Nazirliyin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti tərəfindən əvvəlcədən xəbər verildiyi kimi oktyabrın 26-sı gündüzdən oktyabrın 27-si səhərədək ölkə ərazisində qeyri-sabit, yağıntılı hava şəraiti davam edib, yağış, dağlıq və dağətəyi rayonlarda sulu qar, qar yağıb, Lənkəran-Astara zonasında güclü olub.

Ən çox düşən yağıntının miqdarı Lənkəran-Astara zonasında 14-77, Bakıda və Abşeron yarımadasında 1-19, Böyük Qafqazda 1-9, Kiçik Qafqazda 5-11, Qazax-Gəncə zonasında 1-7, Naxçıvan MR-da 1-8, Mərkəzi Aran rayonlarında 2-5 mm təşkil edib.

Oktyabrın 26-da havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 7-9, Aran rayonlarında 7-10, dağlıq rayonlarda 7 dərəcəyədək, Naxçıvan MR-da 14-18 dərəcə isti təşkil edib.

Bütün xəbərlər Facebook səhifəmizdə