Aydın Əliyev Şəmkirdə qəbul keçirəcək

Aydın Əliyev Şəmkirdə qəbul keçirəcək

Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev oktyabrın 31-də saat 10:00-da Şəmkir şəhərindəki Heydər Əliyev Mərkəzində (Heydər Əliyev prospekti 5) bu bölgədən olan vətəndaşları qəbul edəcək. Komitədən SİA-ya verilən məlumata görə, qəbul zamanı bölgədə yerləşən rayonların - Şəmkir, Gədəbəy, Samux rayonlarının sakinlərinin gömrük məsələləri ilə bağlı müraciətləri dinləniləcək.

Qeyd edək ki, qəbul mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq keçirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə