Azərbaycana "Lamborghini" və "Ferrari" markalı avtomobillərin yeni modelləri gətiriləcək. SİA-nın məlumatına görə, bu haqda adıçəkilən avtomobillərin satışını həyata keçirən "Avtolux Azərbaycan" şirkətinin rəhbərliyi tərəfindən məlumat yayılıb. Belə ki, dekabr ayına qədər ölkəyə hərəsindən bir ədəd olmaqla "Lamborghini Huracan" və "Ferrari Californiya" modellərinin gətirilməsi planlaşdırılır. Avtomobillərin bazar qiymətinin 300 min manat civarında olduğu və Azərbaycanda satış qiymətinin hələ ki, dəqiqləşmədiyi bildirilir.
Xatırladaq ki, bu il mayın 16-da "Ferrari", iyunun 9-da isə "Lamborghini" avtomobillərinin Bakıda satışına başlanılıb. İndiyə qədər ölkəyə qiyməti 280-460 min manat arasında olan 5 "Lamborghini", qiyməti 300-500 min manat arasında dəyişən 6 ədəd "Ferrari" avtomobili gətirilib.
Qeyd edək ki, avtomobilin könüllü sığortası ilə bağlı ənənəvi tarifləri nəzərə alsaq, bu maşınların kasko sığortası 7-15 min manata başa gəlir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB