Prezident "Şöhrət" ordeni verdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev növbəti sərəncam imzalayıb. Sərəncamda deyilir: "Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram: Azərbaycan Respublikasında neft və qaz sənayesi üçün yüksək ixtisaslı mütəxəssislərin hazırlanmasında xidmətlərinə görə Elmira Məmmədəmin qızı Ramazanova "Şöhrət" ordeni ilə təltif edilsin.

Bütün xəbərlər Facebook səhifəmizdə