Yeni yeraltı piyada keçidi istifadəyə veriləcək

Yeni yeraltı piyada keçidi istifadəyə veriləcək

Bakı-Ələt yolunun 4-cü kilometrində (Bayıl dairəsi adlanan ərazidə) yeraltı piyada keçidinin tikintisi davam etdirilir. Nazirliyi "Azəryolservis" ASC-nin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, uzunluğu 100, eni 8, hündürlüyü isə 4 metr olacaq keçiddə artıq svay işləri başa çatdırılıb. Hazırda döşəmə betonun tökülməsi və tunelin qazıntısı işləri gedir, kommunikasiya xətləri köçürülür.

Layihəyə əsasən 4 giriş-çıxışdan ibarət keçiddə eskalatorların quraşdırılması nəzərdə tutulub.

Tikinti işlərinin 2015-ci ilin birinci rübündə başa çatdırılması planlaşdırılır.

Bütün xəbərlər Facebook səhifəmizdə