Azərbaycanda hava soyuq və yağıntılı olacaq XƏBƏRDARLIQ

Azərbaycanda hava soyuq və yağıntılı olacaq XƏBƏRDARLIQ

Bakıda və Abşeron yarımadasında havanın temperaturunun gecə və gündüz 8-12 dərəcə isti olacağı gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən SİA-ya verilən məlumata görə, ölkə ərazisində soyuq və yağıntılı hava şəraiti üstünlük təşkil edəcək.

Rayonlarda havanın temperaturu gecə və gündüz 8-13 dərəcə isti, dağlarda gecə 3 dərəcə şaxtadan 1 dərəcəyədək isti, gündüz 1-6 dərəcə isti olacağı proqnozu verilmişdi.

Hazırda isə Qubanın dağ kəndlərində, Gədəbəydə, Daşkəsəndə, Lerikdə, Yardımlıda sulu qar və qar yağır.

Bütün xəbərlər Facebook səhifəmizdə